Üçüncü Şəxslər Qarşısında Mülki Məsuliyyətin Sığortası

“Xalq Sığorta” ASC tərəfindən fiziki şəxslərə təqdim olunan sığorta növlərindən biri, sığortalı tərəfindən üçüncü şəxslərə dəyən zərəri əhatə edən “Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasıdır”.

Bu sığortanın obyekti, sığortalı tərəfindən üçüncü şəxslərin əmlakına, həyat və ya sağlamlığına dəyən zərərdir.

Məsuliyyət sığortası sığortalını, üçüncü şəxslərin onlara dəymiş əmlak zərərlərinin mövcud qanunvericilikdə nəzərdə tutulan normalara uyğun olaraq, maddi ziyanın təzminatı iddiasına qarşı sığorta himayəsi ilə təmin edir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq yaxud müraciət forması göndərmək kifayətdir –bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

 

Qaydalar