Tibbi sığorta

Tibbi sığorta əhalinin sağlamlığının qorunması istiqamətində sosial müdafiənin bir formasıdır və sığortaçı tərəfindən toplanmış vəsait hesabına, sığorta hadisəsi baş verdikdə göstərilən tibbi xidmətlərin ödənilməsinin təminatını ifadə edir.

Şirkətimizin təklif etdiyi tibbi sığorta müqaviləsi sığorta hadisəsi (xəstəlik və ya xəsarət) baş verən zaman, vətəndaşa sığorta şirkətinə ilk ödəniş etdiyi andan etibarən tibbi yardım (risk) göstərilməsi zamanı ortaya çıxan xərclərin ödənişini öz üzərinə götürür.

Şirkətimizdən münasib qiymətə əldə etdiyiniz Könüllü Tibbi Sığorta şəhadətnaməsi ölkənin aparıcı tibb müəssisələrində səmərəli qiymətlə keyfiyyətli tibbi yardım almanızı təmin edir. Müştərilərlə (ortaqlarla) əməkdaşlıqda çevik yanaşmaya üstünlük verərək, “Xalq Sığorta” şirkəti, Sizə müəyyən xüsusi məsələlərin həllini təmin edə biləcək və Sizin büdjə və biznes sahənizə ideal şəkildə uyğun ola biləcək fərdi sığorta məhsulu təklif edir.

Bizim mütəxəssislər Sizin büdcənizi, biznesinizin vəzifələri və özünəməxsusluğunu nəzərə alan fərdi sığorta proqramını hazırlayacaqlar.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq yaxud müraciət forması göndərmək kifayətdir – bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

Qaydalar