Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası

Aldığınız mürəkkəb və bahalı avadanlığın daim işlək vəziyyətdə olmasına ehtiyac vardır. Bu problemi avadanlıqlara müntəzəm texniki baxış və qulluqla qismən həll etmək olar. Lakin avadanlıq gözlənilməz hadisələr nəticəsində zədələnsə, təmirə ehtiyacı olduqda və ya yenisi ilə əvəz edilməsi zərurəti yaranarsa nə etməli? «Xalq Sığorta»-nın təklif etdiyi bu sığorta növü sığorta hadisəsi zamanı ortaya cıxan xərcləri ödəməklə yuxarıda sadalanan problemlərin həllində Sizə kömək edəcək. Qeyd olunan sığorta növünü “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” ilə birgə almağınızı tövsiyə edirik.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar