Dəmiryolu nəqliyyatının sığortası

Dəmiryolu nəqliyyatında istismar təhlükəsiz hesab olunur. Buna baxmayaraq, dəmiryolu nəqliyyatında istismar zamanı, müxtəlif səbəblərdən, o cümlədən, nəzarətsiz şəxslərlə bağlı bir çox itkilər baş verə bilər. Bu itkilər istismarı həyatakeçirən müəssisə üçün maddi fəlakətə səbəb ola bilər. Nəqliyyatın istismarı zamanı tam sıradan çıxmasını qeyd etməsək belə, dəmiryolu nəqliyyatında vaxtsiz, planlaşdırılmamış təmir işləri ilə bağlı yaranan məcburi fasilələr də əhəmiyyətli dərəcədə maliyyə itkilərinə səbəb olur. Bu baxımdan dəmiryolu nəqliyyatının sığortası zərərin ödənilməsi və müəssisənin gələcəkdə də uğurlu fəaliyyətinə zəmanətdir.

Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng edin və ya öz əlaqə ünvanınızla Sizin təşkilatınıza lazım olan sığorta növü ilə əlaqədar məlumat verin. Bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayıb, sizin üçün büdcənizi, məqsədlərinizi və biznesinizin özünəməxsus cəhətlərini nəzərə alan fərdi sığorta proqramı tərtib edəcəklər.

 

Qaydalar