Nəqliyyat

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Bu sığorta növü, fiziki və hüquqi şəxslərin sosial müdafiəsini təmin etməklə yanaşı avtonəqliyyat sahiblərini, əhali tərəfindən qarşılaşa biləcəkləri risklərə görə də sığortalayır.

Avtonəqliyyat Vasitələrinin Sığortası (KASKO)

“Xalq Sığorta” ASC-nin hüquqi şəxslərə təklif etdiyi avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) yol-nəqliyyat hadisəsi, yanğın, üçüncü şəxslərin qərəzli hərəkətləri və digər gözlənilməz risklər nəticəsində dəyən maddi zərərlərə qarşı sığorta təminatı verir.

Hava nəqliyyatı vasitələrinin sığortası

“Xalq Sığorta” ASC şirkətinizin əvvəlcədən nəzərdə tutulmayan xərcləri yarandıqda, Sizin maliyyə vəziyyətinizi mühafizə etmək ücün hava nəqliyyatı vasitələri, hava gəmilərində ölüm, xəsarət, itkin düşmək risklərindən qorunmaq üçün quraşdırılmış müxtəlif aqreqatların etibarlı sığorta təminatını təklif edir.

Su nəqliyyat vasitələrinin sığortası (Каsко)

Bu sığorta məhsulu, su nəqliyyat vasitəsi sahiblərinin və ya su nəqliyyat vasitəsinin istismarına aidiyyəti olan şəxslərin onlara məxsus olan və ya hüquqi olaraq icarəyə götürdükləri gəmilərin zədələnməsi yaxud məhv olması hallarında sığorta təminatı verən dəniz sığortası növüdür.

Dəmiryolu nəqliyyatının sığortası

Dəmiryolu nəqliyyatında istismar təhlükəsiz hesab olunur. Buna baxmayaraq, dəmiryolu nəqliyyatında istismar zamanı, müxtəlif səbəblərdən, o cümlədən, nəzarətsiz şəxslərlə bağlı bir çox itkilər baş verə bilər.

Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası

«Xalq Sığorta»-nın təklif etdiyi bu sığorta növü sığorta hadisəsi zamanı ortaya cıxan xərcləri ödəməklə yuxarıda sadalanan problemlərin həllində Sizə kömək edəcək. Qeyd olunan sığorta növünü “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” ilə birgə almağınızı tövsiyə edirik.