Əmlak

Daşınmaz Əmlakın icbari sığortası

Bu sığorta növü Azərbaycan Respublikasının ”icbari sığortalar haqqında” qanunu ilə tənzimlənir və Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi şəxslər üçün məcburidir.

Əmlakın yanğın və digər risklərdən sığortası

Daşınmaz əmlakın sığortalanması obyektlərinə binalar, müxtəlif tikililər, liftlər, eskalatorlar, antenlər və s. aiddir. Sığorta şəhadətnaməsində göstərilməsi və əlavə sığorta haqqı ödənilməsi şərti ilə bu siyahıya digər obyektlər də daxil edilə bilər.

Yük sığortası

“Xalq Sığorta” Sizə müxtəlif nəqliyyat növləri ilə daşınan yük və konteynerlərin etirbalı sığortasını təklif edir. Bu sığorta növü, yüklərin avtomobil, su yolu, hava yolu və dəmiryolları vasitəsilə daşınması zamanı baş verə biləcək zərərləri qarşılayır.

İnşaat-montaj işlərinin sığortası

Bu sığorta növü sığorta hadisəsi baş verdikdə obyektə dəymiş ziyanın təzminatı metodu kimi, risklərin idarə edilməsində ən optimal vasitədir. Münasib sığorta haqqı müqabilində alınmış sığorta şəhadətnaməsi ortaya çıxan böyük maddi itkilərin praktiki olaraq tam təzminatı imkanını yaradır.

Elektron avadanlıqların sığortası

Bu, əmlak sığortasının bir növüdür. Burada sığorta predmeti, sığorta müqaviləsi üzrə sığortalının əmlakına aid olan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemləridir.

Maliyyə risklərinin sığortası

“Xalq Sığorta”, maliyyə riskləri sığortasının biznes fəaliyyəti ilə, o cümlədən ticarət(kommersiya) kreditləri ilə əlaqədar müxtəlif növlərini təklif edir.

Qiymətli əşyaların daşınması sığortası

Qiymətli əşyaların daşınması sığortası əmlak sığortasının bir növüdür. Bu sığorta növü üzrə təminat, dəyərli əşyaların (qiymətli daşlar və metallar, bəzək əşyaları, qiymətli kağızlar, sənədlər, nağd pul və s.) daşınması zamanı əvvəlcədən nəzərdə tutulmayan şəraitdə yarana bilən zərərləri (itki, zərər, soyğun, tətil, terror və s.) əhatə edir.

Gəlir itkisi sığortası

Gəlir itkisi sığortası, qanunvericiliyə uyğun olaraq, sahibkarlıq risklərinin sığortasına aid olan maliyyə riski sığortası formalarından biridir.

Dəzgah sınması sığortası

“Xalq Sığorta” ASC sınaq müddəti başa çatdıqdan sonra gözlənilməz şəraitlə bağlı (sənaye qəzaları, yararsız materiallar, qısa qapanmalar, su səviyyəsinin dəyişməsi, personalın səhvi, təxribat və s.) avadanlıqlara və cihazlara dəyən zərərlər nəticəsində yaranan xərclərin təzminatını, o cümlədən zərər çəkmiş avadanlıqların təmiri və ya dəyişdirilməsini özündə birləşdirən etibarlı sığorta təminatı təklif edir.

Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması sığortası

Şirkətimiz öz müştərilərinə yanacaq-energetika komplekslərinin mümkün risklərdən geniş təminatla sığortalanması üçün fərdi sığorta proqramı təklif edir. Bizim sığorta təminatları dünya sığorta təcrübəsində qəbul olunmuş “Energetika sektorunun inkişafi və hasilatı sığortasının şərtləri” EED8/86 Lloyds sindikatına əsaslanır.