Əmlak

Daşınmaz əmlakın icbari sığortası

Bu sığorta növü Azərbaycan Respublikasının ”icbari sığortalar haqqında” qanunu ilə tənzimlənir və Azərbaycan ərazisində yaşayan bütün fiziki şəxslər üçün məcburidir.

Əmlakın yanğından və digər əlavə risklərdən sığortası

Əmlak - maddi obyekt və malik olduğunuz əşyalardır ki, sahibi və ya onun etibar etdiyi tərəf onları istifadə və ya idarə edə bilər. Şəxsin və ya təşkilatın əmlakı bunlardan ibarət ola bilər: torpaq, binalar, mebel, bank hesabları, geyim, sənaye aksizləri, soyuducu avadanlıq, elektrik avadanlığı və s.

Yük Sığortası

Sizə müxtəlif nəqliyyat növləri ilə daşınan yüklərin etirbalı sığortasını təklif edirik. Bu sığorta növü, yüklərin avtomobil, su yolu, hava yolu və dəmiryolları vasitəsilə daşındığı zaman baş verə biləcək zərərləri qarşılayır.

Elektron cihazların sığortası

Bu, əmlak sığortasının bir növüdür. Burada sığorta predmeti, sığorta müqaviləsi üzrə sığortalının əmlakına aid olan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemləridir.

Qiymətli əşyaların daşınması sığortası

Qiymətli əşyaların daşınması sığortası üzrə təminat dəyərli əşyaların (qiymətli daşlar və metallar, bəzək əşyaları, qiymətli kağızlar, sənədlər, nağd pul və s.) daşınması zamanı əvvəlcədən nəzərdə tutulmayan şəraitdə yarana bilən zərərləri (itki, zərər, soyğun, tətil, terror və s.) nəzərdə tutur.

Dəzgah sınması sığortası

“Xalq Sığorta” ASC sınaq müddəti başa çatdıqdan sonra gözlənilməz şəraitlə bağlı (sənaye qəzaları, yararsız materiallar, qısa qapanmalar, su səviyyəsinin dəyişməsi, personalın səhvi, təxribat və s.) avadanlıqlara və cihazlara dəyən müxtəlif zərərlər nəticəsində yaranan xərclərin təzminatını, o cümlədən zərər çəkmiş avadanlıqların təmiri və ya dəyişdirilməsini özündə birləşdirən etibarlı sığorta təminatı təklif edir.

Maliyyə risklərinin sığortası

“Xalq Sığorta” şirkəti maliyyə riskləri sığortasının, biznes fəaliyyəti ilə, o cümlədən ticarət (kommersiya) kreditləri ilə əlaqədar müxtəlif növlərini təklif edir.